Kamal Abdulla: "Ermənistan rəhbərliyi xalqının düşməninə çevrilərək işğalçı siyasətini davam etdirir"

Kamal Abdulla: "Ermənistan rəhbərliyi xalqının düşməninə çevrilərək işğalçı siyasətini davam etdirir"
19:42 1 Dekabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 1 dekabr. REPORT.AZ/ "Biz Azərbaycan multikulturalizmi çərçivəsində öz həqiqətlərimizi bir daha dünyaya çatdırmaq imkanı əldə etmişik. Bizim Dağlıq Qarabağ problemi kimi böyük problemimiz var. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən Sovet imperiyası zamanı işğal olunub".
"Report" xəbər verir ki, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla Misir Ərəb Respublikasının məşhur “Əl-Əxbar” media holdinqinin “Əxbar-əl ədəb” (“Ədəbiyyat xəbərləri” ) qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifniyə müsahibəsində deyib.
O bildirib ki, bütün dünyanın sülh sevən ölkələri Ermənistanı bu işğala son qoymağa çağırır, amma Ermənistan rəhbərliyi hətta öz xalqının belə düşməninə çevrilərək bu işğalçı siyasətini davam etdirir: "Sizə bir fakt deyim. Bakının mərkəzində gözəl bir bina var - erməni kilsəsidir, bu gün kitabxana kimi fəaliyyət göstərir. Amma Dağlıq Qarabağda bu gün Azərbaycan müsəlman məscidləri, mədəni, mənəvi abidələr hamısı darmadağın edilib".
K.Abdulla bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya, Bolqarıstan və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.  

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/kamal-abdulla-ermenistan-rehberliyi-xalqinin-dusmenine-cevrilerek-isgalci-siyasetini-davam-e

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR