Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Poroşenkonu Amerika kəşfiyyatına “satdılar” - ŞOK PLAN

Poroşenkonu Amerika kəşfiyyatına “satdılar” - ŞOK PLAN

Date: 1 December 2016 19:48

Ukrayna Ali Radasının deputatı Aleksandr Onişenko ABŞ-a Ukrayna prezidenti Pyotr Poroşenkonu etibardan sala biləcək materiallar verib.

Publika.az “Ukraynskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu haqda jurnalistlərə açıqlamasında deputatın özü bildirib.

“Məndə Poroşenko ilə bağlı çoxlu dəlil var”, - o deyib.

Nəşr qeyd edir ki, il ərzində Aleksandr Onişenko qol saatına taxılan diktofonla Ukrayna prezidenti ilə söhbətlərini yazıb. O, əlavə edib ki, materialları Amerika xüsusi xidmət orqanlarına verib.

Öz növbəsində Ukraynanın Təhlükəsizlik Xidməti bildirib ki, Onişenko Rusiya vətəndaşlığını alıb. İdarədən iddia edirlər ki, deputat Ukraynada vəziyyətin gərginləşdirilməsi üçün Rusiya ilə əməkdaşlıq etməyə razılaşdı.

Deputat qeyd edib ki, Ali Radanı təxminən 70 deputat satır. Onun sözlərinə görə, məhz uzun müddət prezident administrasiyası və parlament arasında vasitəçilik edib. Onişenko iddia edir ki, bir səsin qiyməti 20 mindən 100 min dollara qədər dəyişir.

Qeyd edək ki, Ali Rada iyul ayında Onişenkonun toxunulmazlığını ləğv edib. Ali Radanın qərarını 263 deputat dəstəkləyib. Qərar özü iclas zalında olmayanda, Avstriyada olarkən qəbul edilib. İstintaqın versiyasına görə, deputat maliyyə vəsaitinin qanunsuz mənimsənilməsi sxeminə cəlb olunub. İlkin məlumatlara görə, qanunsuz hərəkətlər nəticəsində Onişenko dövlətə 120 milyon dollar da zərər vurub.

Ömər Dağlı


Tags:  Poroşenkonu Amerika kəşfiyyatına satdılar ŞOK PLAN


RƏYLƏR


Top news