Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 12544 istehlakçıya xidmət göstərib

“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 12544 istehlakçıya xidmət göstərib

Date: 1 December 2016 19:52

Bakı. 1 dekabr. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən noyabr ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "ASAN" xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunan istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. 
Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qurumdan bildirilib ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı "ASAN" xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN" xidmət mərkəzlərinə ümumilikdə 12544 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib. 
Məlumata görə, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.


Tags:  Azəriqaz ASAN xidmət vasitəsi 12544 istehlakçıya xidmət göstərib


RƏYLƏR


Top news