Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Dekabr

Date: 1 December 2016 20:14

GÜNÜN ŞƏRHİ

OPEK-in hasilatı azaltmaq barədə qərarından sonra doqquz ayın ən güclü yüksəlişini yaşayan neft gəlirlərində artım gözlənildiyi bir vaxtda ekspertlər qiymətlərdəki yüksəlişin uzunömürlü olacağı mövzusunda həmfikir deyil. Məsələn, "Morgan Stanley" qrupundan olan ekspertlərin fikrincə, Asiya regionundan Şimal dənizinədək geniş ərazini əhatə edən investisiyalar neft qiymətinin artım potensialını məhdudlaşdıraraq, 2017-ci ilin sonlarına qədər birjalarda durğunluğun yaranmasına səbəb olur.

 

"Goldman Sachs"ın analitikləri 2017-ci ilin ikinci yarısından etibarən neftin 1 bareli üçün müəyyən olunan qiymətin 50 dollardan da aşağı olacağı qənaətindədir. Yaponiyadan olan birja mütəxəssisləri isə daha bədbin proqnozla çıxış edir. Onlar neftin 1 bareli üçün ötən altı aydan daha aşağı, yəni 40 dollarlıq bir qiymətin təklif olunacağını proqnozlaşdırır.

 

Yekdil rəy budur - müəyyən dövr üçün neft 60 dollara qədər yüksəlsə belə, sonradan slans yanacağı istehsalçılarının səhnəyə çıxması ilə qiymətlər 50 dollardan çox olmayacaq...
 


Tags:  Nəsimi Nəbizadə Ana xəbər bloku Dekabr


RƏYLƏR


Top news