Ermənistan Avropada ən çox silahlanmış ölkədir

Ermənistan Avropada ən çox silahlanmış ölkədir
20:17 1 Dekabr 2016
112 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan dördüncü ildir ki, Avropada ən çox silahlanmış ölkə hesab olunur.

"Global Militarisation Index"- Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair 2016-cı il üçün hesabatında belə deyilir.

Hesabatda, Ermənistandan sonra Rusiya, Kipr, Yunanıstan və Azərbaycan gəlir.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Azərbaycan əvvəlki hesabatda Avropada 4-cü yerdə idi.

Sonrakı yerlərdə Belarus, Ukrayna, Türkiyə, Finlandiya və Estoniya gəlir.

152 ölkəni əhatə edən hesabat hər min nəfər əhaliyə düşən hərbçilərin sayına, hərbi xərclərin ÜDM-ə nisbətinə, hərbi xərclərin səhiyyə xərclərinə nisbətinə, həmçinin ordunun və ağır silahların sayına görə müəyyən edilir.

Ümumilikdə isə Azərbaycan dünyada bu göstəriciyə görə hazırda 9-cu yerdə gəlir, bir il əvvəlsə 8-ci idi.

2007-2009-cu illərdə Ermənistan silahlanmanın səviyyəsinə görə dünyada 8-ci, 2010-2012-ci illərdə 4-cü, 2013-cü ildən başlayaraq isə dünyanın 3 ən çox silahlanmış dövləti sırasında yer alır.

Dünya üzrə siyahıya İsrail başçılıq edir,ondan sonra Sinqapur və Ermənistan gəlir.

Sonrakı yerləırdə isə İordanya, Rusiya, Koreya respublikası, Kipr,Yunanıstan, Azərbaycan və Bruney gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR