Ukraynada raketli təlimlər başlayıb

Ukraynada raketli təlimlər başlayıb
20:27 1 Dekabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna hərbiyyəsinin nümayəndəsi qeyd edib ki, məşqlər beynəlxalq qanunvericilik normalarına əsasən həyata keçirilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Ukraynanın cənubunda raket hücumları ilə müşayiət olunan təlim-məşqlər artıq başlayıb, "Yuq" hərbi hava qüvvələrinin komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krijanovski bildirib.
Onun sözlərinə görə, təlim-məşqlər ortamənzilli raketlərin, yəni S-300 raketlərinin döyüş qabiliyyətini yoxlamaq üçündür.
Ukrayna hərbiyyəsinin nümayəndəsi qeyd edib ki, məşqlər beynəlxalq qanunvericilik normalarına əsasən həyata keçirilir.
Raket atəşləri Rusiyanın ilhaq etdiyi Krımın hava sərhədlərindən 30 kilometr uzaqlıqda atılır, rəsmi deyib.
Təlim-məşqlərinin keçirilməsi barədə Ukrayna noyabrın 25-də məlumat verib.
Rusiya bu qərara etiraz edərək bildirib ki, uçuş zonasında aşkarlanmış raketlər vurulacaq.
Rusiya həmçinin təlim-məşqlərin təcili dayandırılmasını istəyib və bildirib ki, Ukrayna ərazisində də raketlərin buraxılış nöqtələrinə zərbələr endirməyə hazırdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR