"Nokia" yeni smartfonlarını təqdim edəcək

"Nokia" yeni smartfonlarını təqdim edəcək
20:37 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"Android" əməliyyat platforması əsasında "Nokia"nın yeni smartfonlarını 2017-ci ilin birinci yarısında əldə etmək mümkün olacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı "HMD Global" şirkəti məlumat yayıb.
"HMD" "Microsoft"un telefon istehsalına cavab verən bölməsini alıb. Eyni zamanda sözügedən şirkət 10 il ərzində onun brendini istifadə etmək üçün "Nokia" ilə saziş imzalayıb.
"HMD"nin məlumatında qeyd olunub ki, o smartfon bazarında "mühüm oyunçu" olmağı planlaşdırır.
"GSM Arena"nın məlumatına görə, "Nokia" brendinin yeni sahibi tərəfindən istehsal edilən smartfonun ilk modellərindən biri 5 düym diaqonallı, 13 meqapiksel kameralı, 2 GB operativ yaddaşı D1°C modeli və onun 5,5 düym diaqonalı, 16 meqapiksel kameralı və 3 GB operativ yaddaşı olan digər versiyası olacaq.
Məlumata görə, "Nokia" aparatların satışa çıxarılma tarixi və qiyməti haqqında 2017-ci ilin fevralında Barselonada keçirilən "Ümumdünya Mobil Konqresi"ndə elan edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/494911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR