Azərbaycanla Misir arasında ədəbiyyat sahədə əlaqələrin genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Misir arasında ədəbiyyat sahədə əlaqələrin genişləndirilməsi müzakirə olunub
20:52 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Misir Mədəniyyət Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmilin iştirak etdiyi görüşdə Misir və Azərbaycan arasında ədəbiyyat sahəsində əlaqələr müzakirə olunub.
Yazıçı Azərbaycan ədəbiyyatı, dünya şöhrətli Azərbaycan şairləri və yazıçıları, o cümlədən ədəbi proseslərin gedişi barədə geniş məlumat verib.
Səfir Azərbaycan və Misir xalqlarının oxşar cəhətlərindən, Azərbaycanda ədəbiyyata, mədəniyyətə verilən əhəmiyyəti yüksək qiymətləndirib: “Ölkələr arasında mədəni əlaqələrin inkişafı, xalqların bir-birini daha yaxında tanıması üçün ədəbiyyat sahəsində əlaqələrin daha da genişlənməsi və inkişaf etdirilməsi üçün səylər göstərilməlidir. İstərdim ki, Misir xalqı üçün dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” tamaşası göstərilsin, eləcə də Anar müəllimin müəllifi olduğu kitabların ərəb dilinə tərcümə olunaraq Misir xalqı tərəfindən oxunsun. Beləliklə, biz ədəbiyyat sahəsində bir sıra nailiyyətlər əldə edə bilərik”.
Söhbət zamanı tərəflər arasında Müasir Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsinin Azərbaycan Yazıçılar Birliyində təqdimatının da keçirilməsi müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/azerbaycanla-misir-arasinda-edebiyyet-sahede-elaqelerin-genislendirilmesi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR