Şəkidə dəhşətli ölüm: Kişi traktor qoşqusunun altında qaldı

Şəkidə dəhşətli ölüm: Kişi traktor qoşqusunun altında qaldı
20:59 1 Dekabr 2016
305 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 54 yaşlı kişi traktorun qoşqusunun altında qalaraq ölüb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Asim İspəndiyar oğlu Mustafazadə idarə etdiyi  qoşqulu traktorla tullantıların atılması üçün ayrılmış xüsusi ərazidə zibil boşaldan zaman qoşquda nasazlıq yaranıb. Asim Mustafazadə yaranan nasazlığı aradan qaldırmağa çalışarkən qoşqu qəfildən sürətlə enib və A.Mustafazadənin başını əzib. Nəticədə o faciəvi şəkildə hadisə yerində ölüb.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR