Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş ağrısından bircə dəqiqəyə qurtulun - ASAN YOL

Baş ağrısından bircə dəqiqəyə qurtulun - ASAN YOL

Date: 1 December 2016 21:12

İnsan bədənini rahatlaşdırmaq üçün çox sayda masaj texnikası var. Bunlardan bir neçəsi yalnız sağlamlıq üçün deyil, eyni zamanda insanın özünü yaxşı hiss etməsinə səbəb olur. Hətta boş vaxtlarınızda mütəxəssis köməyi tələb edilməyən masajı özünüz asanlıqla edə bilərsiniz.

Milli.Az lent.az-a istinadən həmin masajın qaydası ilə sizi tanış edir.

Bəzən insan qaşlarının arasındakı bölgəni masaj etməyə ehtiyac duyur. Əgər bunu əvvəllər tətbiq etmisinizsə, demək daxili səsiniz sizi yanıltmır. Bu nahiyəyə masaj etmək gərginliyi azaldır, baş ağrısından xilas edir və gözləri rahatlaşdırır (xüsusilə kompüterin qarşısında uzun müddət oturanların). Çin tibbi praktikasında bu nöqtəyə masaj etməyin  adamın hissiyyatını güclü inkişaf etdirdiyi önə sürülüb.

Nə etməlisiniz?

Qaşlarınızın arasındakı bölgəni barmağınızla yüngülcə basın və şaquli bir xətlə təxminən 3 sm yuxarı doğru hərəkət etdirin. Bunu 45-60 saniyə belə davam edin.

Mütəxəssislər bu prosedurun beynin sinir gərginliyini azaltmağa kömək olan bir sahəni hərəkətə keçirdiyini deyir. Eyni zamanda dərinin görünüşünü, xüsusilə də göz və ağız ətrafını yaxşılaşdırar və regenerativ proseslərə kömək olur.

Birdən-birə başınız ağrıyır və ya uzun bir gündən sonra gözləriniz yorularsa, artıq nə edəcəyinizi bilirsiniz.

Milli.Az


Tags:  Baş ağrısından dəqiqəyə qurtulun ASAN YOL


RƏYLƏR


Top news