Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putin və Ərdoğanın gizli SURİYA PLANI

Putin və Ərdoğanın gizli SURİYA PLANI

"Ərdoğan və Putin əsas diqqəti Suriya üzərində cəmləşdirəcək" - EKSPERT (10 Mart 2017 19:22)
"Bu, danışıqlar prosesinə sarsıdıcı zərbə vurur" - Putin (28 Fevral 2017 20:37)
Amerikalı general Suriyaya gizli səfər etdi, müxalifətə ağır söz verdi (25 Fevral 2017 11:08)

Tarix: 1 Dekabr 2016 21:18

Suriya müxalifəti Türkiyə vasitəsilə Rusiya ilə gizli danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu iddia ilə “Financial Times” nəşri çıxış edib.

Nəşr bildirir ki, Suriyanın şimalındakı müxalifət qruplarının seçdiyi dörd nümayəndə Türkiyənin paytaxtı Ankarada rusiyalı səlahiyyətlilərlə görüşür. Məqsəd Hələbin mühasirəsini başa çatdıracaq bir razılaşmanın əldə edilməsidir.

“Financial Times”ə danışan və adının açıqlanmasını istəməyən müxalifət nümayəndəsi ruslar və türklərlə ABŞ-ın iştirakı olmadan görüşdüklərini deyib. “Vaşinqton tamamilə prosesin kənarında saxlanılıb. ABŞ Ankarada nələrin baş verdiyini belə bilmir”, - o, deyib.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son bir həftə ərzində etdiyi üç telefon danışığında Suriya böhranını müzakirə edib. Bundan başqa, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla Antalyada görüşüb.

“Financial Times” Ankaradakı görüşün Rusiya və Suriya müxalifəti arasındakı ilk görüşün olmadığını qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da “Financial Times”in xəbərini şərh edib. O, Vaşinqtonun öz-özünü təcrid etdiyini, həmçinin Suriya müxalifəti ilə Türkiyədə illərdir görüşdüyünü deyib: “Bu, yeni bir məlumat deyil”.

Ömər Dağlı


Teqlər:  Putin Ərdoğanın gizli SURİYA PLANI



RƏYLƏR


Top xəbərlər