Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Plastik qablarda su alarkən diqqətli olun - VİDEO

Plastik qablarda su alarkən diqqətli olun - VİDEO

Date: 1 December 2016 21:22

Plastik qablaşdırmada su alarkən mütləq altına baxmaq lazımdır. Bu qabların altında adətən kiçik PET yazısı olur. Belə qabların ikinci dəfə istifadə olunması insan orqanizminə ziyandır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əgər arxasına PET yazılmış butulkaya ikinci dəfə öz suyunuzu töksəniz, onda orqanizminizə bəzi qələvi maddələr, ağır materiallar və olduqca çox miqdarda bakteriyalar daxil ola bilər ki, bu da insanın hormonal balansına təsir göstərir.

Amma təəssüf ki, belə qablardan çox insanlar ikinci dəfə istifadə edir.

Nəzərə alaq ki, belə suları uşaqdan böyüyə hamı içir. İnsanlar bu haqda məlumatsız ola bilər. Maraqlıdır ki, niyə bəzi istehsalçılar öz məsuliyyətlərini yerinə yetirmir? Çünki bəzi butulkaların altında PET işarəsi qoyulmur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilir ki, insanlar mütləq su alarkən bu işarəyə diqqət etsinlər. İşarəsiz qablarda su istehsal edən şirkətlər barədə mütləq aidiyyatı orqanlara şikayət edilməlidir.

Bir sözlə, vətəndaşlar su alarkən butulkanın altındakı işarələrə, istehsalçılar isə həmin işarəni ora mütləq qeyd etməkdə diqqətli olsunlar.

Milli.Az


Tags:  Plastik qablarda su alarkən diqqətli olun VİDEO

RƏYLƏR


Top news