Hindistanda zavodda partlayış baş verib, 18 nəfər ölüb

Hindistanda zavodda partlayış baş verib, 18 nəfər ölüb
21:42 1 Dekabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Hindistanın cənubunda partlayıcı maddə istehsalı zavodunda baş verən partlayış nəticəsində 18 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident Tamilnadu ştatında qeydə alınıb.
Partlayış nəticəsində bina dağılıb, işçilər dağıntıların altında qalıb. Xilasedicilər 6 nəfərin cəsədini çıxara biliblər.
Partlayış o qədər güclü olub ki, beton bloklar hadisə yerindən 50 metr kənara düşüb, yaxınlıqdakı evlərin şüşələri qırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-zavodda-partlayis-bas-verib-18-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR