Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Merkel: "Qaçqın qəbulu ilə bağlı məhdudiyyət olmayacaq"

Merkel: "Qaçqın qəbulu ilə bağlı məhdudiyyət olmayacaq"

Date: 1 December 2016 22:07

Bakı. 1 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel öz partiyası (Xristian-Demokrat İttifaqı) ilə ittifaqda olan Xristian-Sosialist İttifaqının Almaniya tərəfindən qəbul edilən qaçqın sayının ildə 200 min nəfərə endirilməsi ilə bağlı təklifini rədd edib.
"Report" xəbər verir ki, o bunu Xristian-Demokrat İttifaqının Münster şəhərində keçirilən konfransında deyib.
“Mən düşünmürəm ki, bu, hazırkı məqam üçün düzgün alətdir. İraq və Suriyadakı vəziyyətin necəliyi ilə bağlı fərq var. Bir ildə çox az miqrant gələ bilər, başqa bir ildə isə daha çox”, - deyə o bildirib.
Merkel, həmçinin deyib ki, Almaniya yalnız köməyə ehtiyacı olanlara yardım edir. Onun sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış qaçqınlıq meyarlarına cavab verməyənlər ölkədən göndərilir.


Tags:  Merkel Qaçqın qəbulu bağlı məhdudiyyət olmayacaq


RƏYLƏR


Top news