Çempionlar Liqası və Avropa Liqasının sonuncu qrup oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Publika.az xəbər verir ki, bütün görüşlərdə təyyarə qəzasında həlak olmuş Braziliyanın “Şapekoense” klubunun futbolçularının xatirəsi yad ediləcək.
Qeyd edək ki, Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.