ABŞ İrana qarşı sanksiyaların müddətini artırır

ABŞ İrana qarşı sanksiyaların müddətini artırır
00:23 2 Dekabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı cümə axşamı Nümayəndələr Palatasının İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına dair bundan əvvəl qəbul etdiyi qanun layihəsini dəstəkləyib.

Report xəbər verir ki, sənəd ABŞ prezidentinə İran tərəfindən ballistik raket hazırlanmasında iştirak edən, terrorçuluğu dəstəkləyən, həmçinin insan haqlarının pozulmasında müqəssir olan şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək imkanı verir.

Konqres bu səlahiyyətləri uzatmasaydı, sanksiyaların müddəti artıq cari ilin 31 dekabrında başa çatacaqdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR