ABŞ-da avtomobil yüksək sürətlə supermarketə girib, 3 nəfər ölüb

ABŞ-da avtomobil yüksək sürətlə supermarketə girib, 3 nəfər ölüb
00:37 2 Dekabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Amerikanın Pella şəhərində (Ayova ştatı) minik avtomobilinin yüksək sürətlə supermarketə girməsi nəticəsində ən azı 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Avtomobilin sürücüsü sağ qalıb.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
İnsident "Walmart" pərakəndə satış şəbəkəsinin univermağında baş verib. Müştərilər dərhal təxliyə edilib, hadisə yerinə polis və həkimlər cəlb olunub. Polis hadisənin qəsdən deyil, təsadüfən baş verdiyini ehtimal edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-avtomobil-yuksek-suretle-supermarkete-girib-3-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR