Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevgilisinə 21 milyon avroluq hədiyyə

Sevgilisinə 21 milyon avroluq hədiyyə

Date: 2 December 2016 01:06

"Fiat" şirkətinin qurucusu olan Agnelli ailəsinin varisi, həmçinin, İtaliyanın məşhur "Yuventus" klubunun sahibi Andrea Agnelli sevgilisi Deniz Akalına 21 milyon avroluq malikanə hədiyyə edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ev İtaliyanın Como gölü sahilində yerləşir. Model sevgilisi Denizin hamilə olduğunu öyrənincə ona bu hədiyyəni verən iş adamı: "Həyatımın eşqi ilə bundan sonra vaxtımın çox hissənini Comoda keçirəcəm", - deyib.

Qeyd edək ki, Andrea 10 il evli olduğu Emma Vinterdən türk modelə görə ayrılıb.

Maraqlısı budur ki, D.Akalının əri Françesko Kalvo "Yuventus" klubunda sponsor əlaqələrinə məsul şəxs, həmçinin, Agnellinin də yaxın dostu olub. Kalvo dostunun xəyanətini öyrəndikdən sonra klubdan 2 milyon avro təzminatını alaraq "Barselona" klubuna transfer olub.




Tags:  Sevgilisinə 21 milyon avroluq hədiyyə

RƏYLƏR


Top news