İrana qarşı sanksiyalar daha 10 il uzadıldı

İrana qarşı sanksiyalar daha 10 il uzadıldı
01:09 2 Dekabr 2016
93 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, senatorların əksəriyyəti sənədi dəstəkləyib.

 

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib.  Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib.

 

Qanun layihəsi imzalanması üçün ABŞ prezidenti postunu yanvarın 20-də təhvil verəcək Barak Obamaya təqdim ediləcək.

 

Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR