Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Olland prezident seçkilərində iştirak etməyəcək

Olland prezident seçkilərində iştirak etməyəcək

Date: 2 December 2016 02:04

Fransa prezidenti Fransua Olland 2017-ci ilin yazında keçiriləcək növbəti prezident seçkilərində iştirak etməkdən imtina edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Olland qərarını Yelisey sarayında çıxışı zamanı açıqlayıb.

 

“Mən anlayıram ki, kifayət qədər populyar olmayan istiqamətdə edilən hərəkət risklidir, buna görə də mən növbəti seçkilərdə namizədliyimi irəli sürməməyə qərara aldım”, - deyə Olland qeyd edib.     

 

Olland çıxışı zamanı 2012-ci ildə seçkiqabağı kampaniya dövründə seçicilərə verdiyi vədləri sadalayaraq, onların icrası istiqamətində gördüyü işlərdən danışıb. O, etiraf edib ki, bəzi addımların nəticələrini planlaşdırılandan daha çox gözləməli olub. O, həmçinin, vədlərin icrası zamanı səhvlərə yol verildiyini etiraf edib.   

 

Qeyd edək ki, Ollandın populyarlıq reytinqi  2016-cı ilin fevralında 20 faiz, iyunda isə rekord 12 faizə enib.

 


Tags:  Olland prezident seçkilərində iştirak etməyəcək


RƏYLƏR


Top news