Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

BMT: Noyabrda İraqda 4 mindən çox insan ölüb və yaralanıb

BMT: Noyabrda İraqda 4 mindən çox insan ölüb və yaralanıb

Argentinada rok festivalda iki nəfər ölüb (13 Mart 2017 09:42)
Suriya və İraqda 2 min İran əsgəri öldürülüb (10 Mart 2017 16:22)
İraqda baş vermiş partlayışlarda 23 nəfər ölüb (09 Mart 2017 00:47)

Tarix: 2 Dekabr 2016 02:27

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində İraqda terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində 4 mindən çox insan ölüb və yaralanıb.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyası (UNAMI) məlumat yayıb.
"Terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində ümumilikdə 2 min 885 iraqlı öldürülüb və daha 1380 nəfər yaralanıb", - deyə mətbuat üçün dərc edilən bəyanatda bildirilir.
Missiyanın məlumatına görə, qurbanların, həmçinin böyük bir qismi (926 ölü və 930 yaralı) mülki əhali təşkil edir. Noyabrda döyüşlərə cəlb olunan polis, həmçinin "peşmərgə" kürd hərbi birləşməsi də daxil olmaqla İraqın təhlükəsizlik qüvvələri sıralarında 1959 nəfər öldürülüb, 450 nəfər yaralanıb.

Teqlər:  BMT Noyabrda İraqda mindən çox insan ölüb yaralanıb



RƏYLƏR


Top xəbərlər