Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ayda olmuş astronavt 86 yaşında Antarktidada istirahət etmək qərarına gəlib

Ayda olmuş astronavt 86 yaşında Antarktidada istirahət etmək qərarına gəlib

Date: 2 December 2016 03:12

Bakı. 2 dekabr. REPORT.AZ/ NASA-nın sabiq astronavtı, Ayın səthinə ayaq basmış ikinci adam, tibbi təhlükəsizlik baxımından Cənub qütbündən təxliyə edilib.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı Amerikanın Antarktidanın tədqiqi ilə məşğul olan Milli Elm Fondu məlumat yayıb.
86 yaşlı Oldrin Antarktidaya "Uayt dezert" özəl turizm şirkəti (White Desert) tərəfindən təşkil olunan qrupun heyətində gedib və özünü nasaz hiss etdikdən sonra ehtiyat tədbiri olaraq Amerikanın Cənub qütbündəki Amundsen-Skott bazasına təxliyə edilib. O, yaxın zamanlarda buradan "LC-130" markalı yük təyyarəsi ilə Yeni Zelandiyaya göndəriləcək.



Tags:  Ayda olmuş astronavt 86 yaşında Antarktidada istirahət etmək qərarına gəlib

RƏYLƏR


Top news