Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tripolidə döyüşlər gedir

Tripolidə döyüşlər gedir

Date: 2 December 2016 04:34

Liviyanın paytaxtı Tripolidə hərbiləşdirilmiş qruplaşmalar arasında  döyüşlər gedir, azı 8 nəfər ölüb.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, şəhərin küçələrində tanklar və silahlılara məxsus avtomobil karvanları hərəkət etməyə başlayıb. Məlumata görə, şəhər üzərində nəzarəti ələ almaq uğrunda yerli qüvvələr və Misrata şəhərindən olan qruplaşma mübarizə aparır.

 

 Xatırladaq ki, bu il martın 31-də baş nazir Fayez as-Saracın rəhbərliyi ilə milli razılıq hökuməti fəaliyyətə başlayıb. 2014-cü ildə seçilmiş və ölkənin şərqində hakimiyyətini qoruyan parlament hökuməti dəstəkləməyib və hökumət hələ də ölkənin bütövlüyünü bərpa edə bilməyib.


Tags:  Tripolidə döyüşlər gedir


RƏYLƏR


Top news