Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Noyabrda İraqda 4 mindən çox insan ölüb və yaralanıb

Noyabrda İraqda 4 mindən çox insan ölüb və yaralanıb

Date: 2 December 2016 04:53

Bu ilin noyabr ayı ərzində İraqda terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində 4 mindən çox insan ölüb və yaralanıb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyası (UNAMI) məlumat yayıb.

"Terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində ümumilikdə 2 min 885 iraqlı öldürülüb və daha 1380 nəfər yaralanıb", - deyə mətbuat üçün dərc edilən bəyanatda bildirilir.

Missiyanın məlumatına görə, qurbanların, həmçinin böyük bir qismi (926 ölü və 930 yaralı) mülki əhali təşkil edir. Noyabrda döyüşlərə cəlb olunan polis, həmçinin "peşmərgə" kürd hərbi birləşməsi də daxil olmaqla İraqın təhlükəsizlik qüvvələri sıralarında 1959 nəfər öldürülüb, 450 nəfər yaralanıb.


Tags:  Noyabrda İraqda mindən çox insan ölüb yaralanıb

RƏYLƏR


Top news