Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək
07:02 2 Dekabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək.
"Report"un məlumatına görə, mərhələnin oyunları iki gün ərzində baş tutacaq.
Hər bir Premyer Liqa təmsilçisinin rəqibi I Divizionda çıxış edən komandalar olacaq. İlk oyunda aşağı dəstədə çıxış edən MOİK-lə Prmeyer Liqa təmsilçisi "Sumqayıt" üz-üzə gələcək. Elitada uğursuzluq zolağından çıxa bilməyən "Neftçi" "Şərurspor"u sınağa çəkəcək. Bakının "İnter" klubu "Qaradağ Lökbatan"la münasibətlərinə aydınlıq gətirəcək. Komandaların bu günədək ölkə kubokunda yolları kəsişməyib.
AZAL isə Premyer Liqada sonuncu yeri tutaraq diviziona dşüən "Rəvan"ı qəbul edəcək. Paytaxt təmsilçiləri 6 il əvvəl də indiki kimi 1/8 finalda görüşüblər. Həmin vaxt səfərdə oynayan AZAL 2:1 hesablı qələbə qazanıb.
Mərhələnin digər 4 oyunu sabah keçiriləcək.
14:00. MOİK - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
"Bayıl Arena"
15:00. "İnter" - "Qaradağ Lökbatan"
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Cəmil Quliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Murad Məmmədov
"İnter Arena"
16:00. AZAL - "Rəvan"
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Şahin Cəfərov
"AZAL Arena"
17:00. "Neftçi" - "Şərurspor"
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
"Bakcell Arena"

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kubokunda-1-8-final-merhelesine-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR