Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kosmonavtlar üçün yük aparan “Proqress” gəmisi yandı

Kosmonavtlar üçün yük aparan “Proqress” gəmisi yandı

Date: 2 December 2016 07:08

Orbitdəki Beynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “Roskosmos”un məlumatında bildirilir. Məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.

Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış.

Yanacaq, su və sıxılmış qazlardan başqa gəminin göyərtəsində orbitdə ilk dəfə şirin bibər yetişdirilməsi üçün nəzərdə tutulmuş “Lada-2” istixanası, avtomatik termonizamlayıcı sistemi ilə təchiz edilmiş yeni “Orlan-BKS” skafandrı, habelə BKS-50 missiyasının heyət üzvləri üçün Yeni il bayramı ilə əlaqədar müxtəlif meyvələr olub.

Qəzanın səbəbləri araşdırılır. (apa)


Tags:  Kosmonavtlar yük aparan Proqress gəmisi yandı

RƏYLƏR


Top news