Torpaq alarkən nəyə fikir verməli?

Torpaq alarkən nəyə fikir verməli?
07:57 2 Dekabr 2016
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Çıxarışı olmayan torpaq sahələrini almaq kifayət qədər riskli addımdır

İnsanların əksəriyyəti ev problemini həll etməyin yolunu şəhər kənarında torpaq sahəsi alıb, ev tikməkdə görür. Ancaq çox zaman satılan torpaqların sənəd problemi olur. Bir müddət sonra onların qanunsuz satıldığı belə üzə çıxır. Son zamanlarsa bu sahədə daha çox bələdiyyələrin adı hallandırılır.

Bu ilin 9 ayı ərzində Azərbaycanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb. Bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir" adlı məqaləsində deyilir. Məqalədə bildirilib ki, 9 ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, tikinti sahəsi üzrə ekspert Ramil Osmanlının "Ekspress"ə bildirdiyinə görə, torpaq sahələri də daşınmaz əmlak subyektləri kimi oxşar kateqoriyadan olan əmlakdır: "Torpaq sahələrinin də alqı-satqısı bir qayda olaraq notarial qaydada həyata keçirilməlidir. Bunun üçün vacibdir ki, satışa çıxarılan torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiq edən sənədi, yəni çıxarışı olsun. Çıxarışı olmayan torpaq sahələrini almaq kifayət qədər riskli addımdır. İnsanlar düşünmədən maddi vəsaitlərini riskə atırlar".

Dediyinə görə, bələdiyyələr bir qayda olaraq hərraclar vasitəsilə torpaq sahələri ilə bağlı elan verməli və hərrac komissiyasının iştirakı ilə bələdiyyə torpaqları satışa çıxarılmalıdır. Əks təqdirdə bələdiyyədən alınan torpaq sahələri reyestrə düşmür və alqı-satqı əməliyyatları qanunsuz hesab olunur. Müsahibimiz bildirir ki, gələcəkdə onların sənədləşdirilməsi problem olacaq. "Eyni zamanda, bəzi hallarda bələdiyyələr dövlət fonduna aid olan torpaqlar üzərində qeyri-qanuni sərəncam verirlər. Onun alqı-satqısını həyata keçirirlər və sonrakı mərhələdə bu məsələ aşkarlandıqda həmin torpaq sahəsi geri alınır".

Qanunsuz torpaq sahəsinin geri alınması zamanı vətəndaşın ödədiyi vəsaitin qaytarılmasına gəlincə Osmanı bildirir ki, bu artıq vətəndaşla bələdiyyə arasındakı hüquqi münasibətlərə dayanan məsələdir. "Bu artıq vətəndaşla bələdiyyə arasında məhkəmə qaydasında həll olunmalıdır. Bu isə uzunmüddətli problemdir və onun həlli üçün uzun müddət məhkəmədə mübarizə aparılmalıdır".

Ekspert tövsiyə edib ki, insanlar etibarnamə ilə hər hansı formada şifahi razılaşma ilə və yaxud ikitərəfli notarial qaydada təsdiq olunmayan müqavilələrlə alqı-satqılara getməsinlər və bu alqı-satqı əməliyyatları qanunsuzdur: "Bunun mülki hüquqda tənzimlənmə mexanizmi təəssüflər olsun ki, mövcud deyil".

Qeyd edək ki, bəzən alıcılar torpaq sahəsi alsa da, ev tikdirmək istəyəndə, icazə vermirlər. R.Osmanlı vurğulayıb ki, bütün torpaq sahələrinin sənədlərində onların təyinatları barədə məlumatları qeyd olunub: "Ona görə çıxarışın olması vacibdir ki, çıxarışda torpaq sahəsinin mülkiyyətdə olmasıyla bağlı məlumatlarla yanaş onun təyinatı barədə də məlumat verilir. Əgər yaşayış məntəqəli təyinatlı torpaqdırsa, ev tikintisi üçündürsə, bu torpağı alıb orada ev tikmək olar. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı həyata keçirilir. Sonradan orada ev tikintisinə başlanılır. Bu həm tikinti prosesində, həm də sonrakı mərhələdə həmin obyektin sənədləşməsində çox ciddi problemə gətirib çıxarır. Hesab edirəm ki, heç bir sənədi olmayan torpaq sahəsi ilə ayrı təyinatı olan torpaq sahəsinin alınması oxşar məsələdir. Kifayət qədər pul, vaxt, əsəb itkisinə gətirib çıxaran məsələdir".

Onun dediyinə görə, "torpağın sənədi yoxdur, onu aldıqdan sonra sənədini düzəldərsiniz" təklifini ümumiyyətlə qəbul etmək olmaz: "Bunun arqumenti ondan ibarətdir ki, sənədini düzəlt, alqı-satqı üçün normal vəziyyətə gətir və biz alqı-satqıya gedərik. Ola bilər iki tərəf arasında qarşılıqlı razılaşma ilə notarial qaydada müqavilə bağlanar. Sənədlərin düzəlməsi üçün məbləğin bir hissəsi beh şəklində qarşı tərəfə ödənilsin. Lakin bütünlükdə torpağın sənədinin düzəldilməsinin alıcıya yüklənilməsi dələduzluğun başlanğıcıdır".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Neftçi” baş məşqçi axtarışına başladı

28 Aprel 2017 16:29

Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq

28 Aprel 2017 16:27

Neçə deputatımız var? - Gözlənilməz cavablar - VİDEO

28 Aprel 2017 16:27

Böyük Britaniya 2700 il azadlıqdan məhrum edilən məhkumu İspaniyaya verəcək

28 Aprel 2017 16:27

“Bank of Baku”nun İdarə Heyətinin sədrinin səlahiyyətlərindən bir azaldılıb

28 Aprel 2017 16:27

Mühəndislik Universitetində bəzi ixtisaslara qəbul dayandırıldı

28 Aprel 2017 16:24

Rövşəni öldürdüyünü deyən oğru haqda ŞOK DETAL

28 Aprel 2017 16:23

At əti satmaq istəyən daha bir nəfər tutuldu - FOTO

28 Aprel 2017 16:22

Azərbaycanda xeyirxah bərbər - Şəhid ailələrinə pulsuz xidmət göstərir - VİDEO - FOTO

28 Aprel 2017 16:22

Əməkdar artist xəstəxanaya yerləşdirildi - İnsult keçirib...

28 Aprel 2017 16:18

Dövlət Komitəsi sədrinin müavini Fransa XİN-in nümayəndələri ilə görüşüb

28 Aprel 2017 16:17

İti vuran oğrular evdən qızıl oğurladılar - VİDEO - FOTO

28 Aprel 2017 16:17

Qəbələdə at əti zərərsizləşdirilib

28 Aprel 2017 16:14

Qəbələdə aşkarlanan at əti zərərsizləşdirilib

28 Aprel 2017 16:14

Kişi 4 tonluq qayanın altında qaldı - FOTO

28 Aprel 2017 16:13

5-dən çox uşağı olan ailələrə veriləcək uşaqpulu məlum oldu - MƏBLƏĞ

28 Aprel 2017 16:12

XİN-dən nazirlərin Moskva görüşü ilə bağlı AÇIQLAMA

28 Aprel 2017 16:12

Azərbaycanlı müğənni bu mahnının sözlərini yazanı axtarır - VİDEO

28 Aprel 2017 16:09

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb, 13 yeni ixtisas yaradılıb

28 Aprel 2017 16:07

"Bank Standard"da qeyri-işlək kreditlərin həcmi 707 mln. manatdır

28 Aprel 2017 16:05

Kəndli WhatsApp-dan yararlandı, pul qazandı, məşhur oldu - VİDEO - FOTO

28 Aprel 2017 16:05

Plastik cərrahiyədə YENİLİK - Dodaqlar tamam başqa cür olacaq - FOTO

28 Aprel 2017 16:03

Binəqədidə iki evdən eyni üsulla 24 min manatlıq qızıl oğurlanıb

28 Aprel 2017 16:02

Polis işçisi olan ata qızını boğaraq öldürdü

28 Aprel 2017 15:59

“Bank Standard”ın kreditorları Kreditorlar Komitəsində hamılıqla təmsil olunmadıqlarından narazılıq edib

28 Aprel 2017 15:57

Rusiyalı gimnast Bakıda Dünya Kubokunun finalında yaxşı çıxış edəcəyinə ümid edir

28 Aprel 2017 15:57

Özünü qatarın altına atdı - ayağını dizdən kəsdilər

28 Aprel 2017 15:54

Səfir: "Azərbaycan ilə Macarıstan arasında əlaqələr bütün sahələrdə inkişaf edir"

28 Aprel 2017 15:52

Bunun nəyi razılıqdır?!

28 Aprel 2017 15:52

Moskva görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək

28 Aprel 2017 15:51

Əjdər Həmidov xəstəxanaya yerləşdirildi

28 Aprel 2017 15:47

Vilayət Eyvazov Dərbənddə: generalların görüşü

28 Aprel 2017 15:47

14 yaşlı qızı "çay evi"nə apardı: yarıçılpaq fotolarını çəkdi

28 Aprel 2017 15:47

Vətəndaş və İnkişaf Partiyasının qurultayının vaxtı açıqlanıb

28 Aprel 2017 15:47

Sürücülərin nəzərinə: bu yollarda təmir gedir- SİYAHI

28 Aprel 2017 15:44

Qəbələdə at əti aşkarlandı - FOTO

28 Aprel 2017 15:43

"Mersi Baku!"

28 Aprel 2017 15:42

May ayında niyə toy etmirik?

28 Aprel 2017 15:41

Birinci xanımların ilhamlandırıcı stilləri – FOTOLAR

28 Aprel 2017 15:38

Məktəblilərin ən çox şikayətləndiyi xəstəliklər - "Bu 3 bəla..." - VİDEO - FOTO

28 Aprel 2017 15:37

Yaponiyanın mobil operatoru uçan sferik ekran yaradıb

28 Aprel 2017 15:35

“Google Trips” səyahətlərin planlaşdırılmasını asanlaşdıracaq

28 Aprel 2017 15:35

Böyük müharibə başlayır: son 2 saat qaldı – FOTOLAR

28 Aprel 2017 15:33

Belarus gimnastı: "Tamaşaçıların dəstəyi mənə irəli getməyə güc verir"

28 Aprel 2017 15:32

Azərbaycan XİN: Nazirlərin üçtərəfli görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək

28 Aprel 2017 15:32

Nazir aktyoru mükafatlandırdı

28 Aprel 2017 15:32

Azərbaycanın Finlandiyada keçirdiyi konfransda erməni təxribatının qarşısı alınıb

28 Aprel 2017 15:32

"Facebook Messenger Lite" istifadəyə verildi

28 Aprel 2017 15:32

Macarıstanın Azərbaycandakı səfiri Bakıda keçirilən şoppinq festivalını yüksək qiymətləndirir

28 Aprel 2017 15:32

“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır

28 Aprel 2017 15:32