ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
08:02 2 Dekabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Tenessi ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Din Flener məlumat verib.
Bazar ertəsi güclü külək yanğınların yayılmasını sürətləndirib və nəticədə 14 mindən çox yerli sakin və turist Qatlinberq şəhərini tərk etmək məcburiyyətində qalıb. 
Yanğınların törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-mese-yanginlari-neticesinde-olenlerin-sayi-11-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR