Hacıqabul rayonun Padar kəndində vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az