Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İmişlidə avtomobil dərəyə düşüb, 2 nəfər xəsarət alıb

İmişlidə avtomobil dərəyə düşüb, 2 nəfər xəsarət alıb

Date: 2 December 2016 08:27

İmişli. 2 dekabr. REPORT.AZ/ İmişlidə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Cahar kəndi ərazisində qeydə alınıb.
Minik avtomobili kənddə idarəetməni itirərək yol kənarındakı su ilə dolu dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan iki əmioğlu - Otuziki kənd sakinləri - 22 yaşlı Xanbala Mahir oğlu Ağayev və 21 yaşlı Elməddin Oqtay oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin ilkin tibbi yardımından sonra hər iki yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Tags:  İmişlidə avtomobil dərəyə düşüb nəfər xəsarət alıb

RƏYLƏR


Top news