Səhər yeməyində fərqli dad: çörək pizza - RESEPT

Səhər yeməyində fərqli dad: çörək pizza - RESEPT
08:37 2 Dekabr 2016
338 Maraqlı
Ölkə mətbuatı
A- A+

Səhər yeməyində fərqli dad istəyənlər üçün çörək pizza yaxşı bir seçimdir. Üstəlik boyat çörəklərinizi tullamağa ehtiyac qalmayacaq. Milli.Az lent.az-a istinadən asan hazırlanan çörək pizza reseptini təqdim edir.

Lazım olan ərzaqlar:
 
9-10 dilim çörək və ya tost çörəyi
 
1 ədəd yumurta
 
Acı bibər
 
Pomidor
 
Kolbasa
 
Sosiska
 
Zeytun
 
Holland pendiri
 
Ərzaqları istəyinizə görə dəyişdirə bilərsiniz.
 
Sousu üçün:
 
2 yemək qaşığı zeytun yağı
 
1/2 yemək qaşığı tomat
 
2 diş sarımsaq
 
1 pomidor
 
1 ədəd qənd
 
Duz
 
İstiot
 
Kəklik otu (istəyə görə)
 
Hazırlanması:
 
Sousu üçün əvvəlcə rəndələnilmiş sarımsaqlarla yarım qaşıq tomatı qızdırılmış zeytun yağında qarışdırın. Rəndələnilmiş pomidoru də əlavə etdikdən sonra duz, şəkər, istiot və kəklik otunu qatıb qatılaşana qədər bişirin. Sonra soyumağa qoyun.
 
Yumurtaları ayrı bir qabda çırpın, pendiri rəndələyin. Digər ərzaqları istədiyiniz şəkildə doğrayın. Çörəklərin üstünə sousu sürtüb ərzaqları üzərinə düzün. Sonra yumurtanı az-az hər çörəyin üstünə tökün. Axırda rəndələnilmiş pendirləri səpin və 180 dərəcəlik sobada təxminən 25-30 dəqiqə bişirin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR