Kolumbiya baş vermiş təyyarə qəzasının yeni təfərrüatları məlum olub

Kolumbiya baş vermiş təyyarə qəzasının yeni təfərrüatları məlum olub
08:42 2 Dekabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada qəzaya uğrayan "Lamia" aviaşirkətinə məxsus sərnişin təyyarəsi başqa şəhərdən uçuş etməli imiş. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya Mülki Aviasiyanın Təhlükəsizlik Xidmətinin rəisi Freddi Bonilya bildirib.

"Şirkətin, daha dəqiq, şirkətin Kolumbiyadakı nümayəndəsinin təyyarənin uçuşuna dair təqdim etdiyi sorğuda təyyarənin Santa-Krusdan yox, Kobixa şəhərindən uçuş etməli olduğu qeyd olunub", - deyə Bonilya bildirib.    
 
Qeyd edək ki, Santa-Krus Boliviyadan daha uzaq məsafədə yerləşir, nəinki Kobixa.
 
Bonilyanın sözlərinə görə, qeyd olunan reys, faktiki olaraq, lazımi qaydada razılaşdırılmayıb.  
 
Bundan əvvəl Kolumbiyanın rəsmi qurumları qəzanın yanacağın qurtarması səbəbindən baş verdiyini iddia ediblər.  Xatırladaq ki, qəza nəticəsində Braziliyanın "Şapekoense" futbol komandasının, demək olar ki, tam heyəti daxil olmaqla 71 nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR