Tramp ABŞ-ın başqa ölkələrdə "rejimləri devirməyəcəyini" təsdiqləyib

Tramp ABŞ-ın başqa ölkələrdə "rejimləri devirməyəcəyini" təsdiqləyib
08:47 2 Dekabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət aparmağa səy göstərməyəcək. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.   

"Biz rejim və hökumətləri devirməyəcəyik. Altı trilyon dollar tək Yaxın Şərqdə, xatırlayırsınız? Bizim məqsədimiz sabitlikdir, xaos deyil. Çünki biz ölkəmizi bərpa etmək istəyirik", - deyə Tramp qeyd edib.   
 
Bundan əvvəl məlum olub ki, Tramp prezidentliyi dövründə ABŞ quru qoşunlarının sayını xeyli artırmaq, Yaxın Şərq, Şərqi Avropa və Cənub-Şərqi Asiyada ABŞ qoşunlarını gücləndirmək niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR