Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Aİ arasında viza rejimi ləğv oluna bilər

Azərbaycan və Aİ arasında viza rejimi ləğv oluna bilər

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı (17 Mart 2017 08:43)
Viza məhdudiyyəti aradan qalxacaq - (11 Mart 2017 00:40)
Rusiya CAR-la viza rejimini ləğv edir (06 Mart 2017 19:32)

Tarix: 2 Dekabr 2016 08:54

 

 

Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi barədə sazişin uğurla icra olunmasından sonra Azərbaycan Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib: “Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalayıb. Mənə məlum olduğu qədər Azərbaycan tərəfindən ciddi qayda pozuntusu qeydə alınmayıb. Ölkəmizdən Avropaya gedən miqrantların sayı azdır. Əgər hər şey yaxşı davam etsə, Aİ və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Prosedur belədir: əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır”.

 

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanla Aİ arasında vizasız rejim yalnız diplomatik pasport sahiblərinə şamil olunur.

 


Teqlər:  Azərbaycan arasında viza rejimi ləğv oluna bilər



RƏYLƏR


Top xəbərlər