Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya xüsusi xidmətlərinin gizli sənədləri yayıldı

Almaniya xüsusi xidmətlərinin gizli sənədləri yayıldı

Date: 2 December 2016 09:12

"Wikileaks" ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Almaniyadakı fəaliyyətini araşdıran Federal Məclis Araşdırma Komissiyasının gizli sənədlərini yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Wikileaks"in yaydığı sənədlərdə Almaniya Xarici Kəşfiyyat Təşkilatı (BND) ilə NSA arasında əməkdaşlığın olduğu haqqında məlumatlar yer alıb.

Yayımlanan 2420 sənəd arasında BND, ölkənin daxili kəşfiyyat xidməti - Almaniyanın Konstitusiyasını Qoruma Təşkilatı (BfV) və Almaniya İnformasiya Texnologiyaları Təhlükəsizliyi İdarəsinə (BSI) məxsus yazışmaların da olduğu bildirilib.

"Wikileaks" təxminən 1,5 il əvvəl də NSA Araşdırma Komissiyasının sənədlərini açıqlamış və bu ölkədə geniş əks-səda doğurmuşdu.

NSA keçmiş sistem analitiki Edvard Snowden üç il öncə yaydığı sənədlərdə ABŞ-ın dünya miqyasında dinləmə fəaliyyətlərini ortaya çıxarmış, NSA-nın alman vətəndaşlarını və başda kansler Angela Merkel olmaq üzrə bəzi siyasətçiləri dinlədiyi məlum olmuşdu.

Bu səbəbdən 2,5 il əvvəl Federal Məclisdə sözügedən iddiaları araşdırmaq üçün NSA Araşdırma Komissiyası yaradıb.

Milli.Az


Tags:  Almaniya xüsusi xidmətlərinin gizli sənədləri yayıldı

RƏYLƏR


Top news