AZAL klubu malili futbolçu ilə müqavilə imzalayıb

AZAL klubu malili futbolçu ilə müqavilə imzalayıb
09:22 2 Dekabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ AZAL klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, "təyyarəçilər" malili yarımmüdafiəçi Sadio Tounkaranı heyətə cəlb edib.
Tərəflər sonradan daha 1 il artırıla bilməsi şərtilə 6 aylıq müqaviləyə imza atıblar.
Tibbi baxışdan keçən 24 yaşlı futbolçunun adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə Peşəkar Futbol Liqasına təqdim olunacaq.
Sonuncu dəfə Kiprin "Enosis" klubunun formasını geyinən Tounkara AZAL-da 8 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Sadio Tounkara vətənində "Janna Dark" və "Xəzər Lənkəran" klublarında çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azal-klubu-malili-futbolcu-ile-muqavile-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR