Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hərbiləşmiş ölkələr sırasında Azərbaycanın yeri

Hərbiləşmiş ölkələr sırasında Azərbaycanın yeri

Date: 2 December 2016 09:27

Azərbaycan dünyada hərbiləşmənin səviyyəsinə görə 9-cu yerdədir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Bonn Beynəlxalq Konversiya Universitetinin hazırladığı "Global Militarisation İndex" hesabatında bəlli olur.

Hesabatda hər 1000 sakinə düşən hərbçi sayı, ÜDM (Ümumi Daxili Məhsul) istehsalının hərbi xərclərə nisbəti, həmçinin ağır artilleriyanın və qoşunun əhalinin sayına nisbəti əsas kriteriyalar kimi götürülüb.

Dünyanın ən hərbiləşmiş ölkələri arasında birinciliyi İsrail tutub. Növbəti yerlərdə Sinqapur (2), Ermənistan (3), İordaniya (4), Rusiya (5), Cənubi Koreya (6), Kipr (7), Yunanıstan (8), Azərbaycan (9) və Bruney (10) tutur.

Milli.Az


Tags:  Hərbiləşmiş ölkələr sırasında Azərbaycanın yeri

RƏYLƏR


Top news