AZAL heyətinə yeni futbolçu qatıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “təyyarəçilər” Sadio Tounkaranın keçidi həll edib.
Tibbi baxışdan keçən malili yarımmüdafiəçi ilə 6 ay+1 il sistemi üzrə müqavilə bağlanıb.
Sadio AZAL-da 8 nömrəli formalı ilə çıxış edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq futbolçusu olan Tounkaranın son iş yeri Kiprin “Enosis” klubu olub.
Fanat.Az