“Qarabağ” hücum edən vaxt dedim ki, qurtar artıq, daha bəsdir" - Xaqani Məmmədov

“Qarabağ” hücum edən vaxt dedim ki, qurtar artıq, daha bəsdir" -   Xaqani Məmmədov
09:57 2 Dekabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “CBC Sport” kanalında yayımlanan “Üçüncü hissə” verilişində qonağı olub. Fanat.Az xəbər verir ki, komitə sədri Topaz Premyer Liqasının XIII turunun mərkəzi oyununu “Qarabağ” – “Qəbələ” (2:1) matçındakı baş hakim Rəhim Həsənovun mübahisəli qərarlarına münasibət bildirib.


Məmmədov etiraf edib ki, Həsənov oyunu bitirməkdə gecikib, hansı ki, həmin müddətdə “Qarabağ” qələbə qolunu vurub:  Mən olsaydım, oyunu 25-30 saniyə tez bitirərdim, ancaq oyununun vaxtı ilə bağlı qərar vermək hakimin öz işidir. Oyunu evdən, televiziyadan izləyirdim. Almeyda qırmızı vərəqə aldığı üçün vaxt bir az da uzandı. Ancaq düzünü deyim ki, öz-özümə “Qarabağ” hücum edən vaxt dedim ki, qurtar artıq, daha bəsdir. Qurtarsaydı, əla olardı, ancaq vaxta görə ona heç kim nəsə iddia eləyə bilməz”


Komitə sədri “Qəbələ”nin qapısına təyin edilən penaltinin doğru qərar olduğunu söyləyib: “Hakim penaltini təyin edərkən nəyə əsaslanıb? Futbolçunun əli qeyri-təbii vəziyyətdə dayanıb. Əl yuxarıdadırsa, istənilən halda, penaltidir. Özün topdan qorusa, dönə bilərdi. Əlinin köməyi ilə topu saxlayır. Top əli ilə başı arasında qalıb. Deməli, topun önünü kəsib. Bu qayda pozuntusudur. Çempionluq uğrunda mübarizə hələ indi başlayıb. Heç bir hakim onların qarşısını ala bilməz". 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-hucum-edn-vaxt-dedim-ki-qurtar-artq-daha-bsdirquot-t54629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR