Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə görə "qrin-kart"ını cırıb atıb

Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə görə "qrin-kart"ını cırıb atıb

Məşhur aktyordan Trampa ETİRAZ (25 Mart 2017 20:03)
Trampın reytinqi ən aşağı səviyyəyə ENDİ (20 Mart 2017 09:37)
Trampın reytinqi ən aşağı səviyyəyə düşdü (20 Mart 2017 05:53)

Tarix: 2 Dekabr 2016 10:02

Bakı. 2 dekabr. REPORT.AZ/ Nigeriyalı yazıçı və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbə qazanmasına etiraz əlaməti olaraq ABŞ-da yaşamaq imkanı verən "qrin-kart"ını cırıb atıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, 82 yaşlı V.Şoyinka, həmçinin ABŞ-da yaşamaq imkanından imtina etdiyini açıqlayıb.
O, uzun illər ərzində Sarmaşıq Liqasına (The Ivy League) daxil olan ABŞ-ın qədim universitetlərində dərs deyib. V.Şoyinka hələ seçkilərdən əvvəl D.Trampın qələbə qazanacağı təqdirdə ABŞ-ı tərk edəcəyinə söz vermişdi.
Cənubi Afrikada keçirilən Təhsil Konfransında yazıçı artıq özünü ABŞ-da rahat hiss etmədiyini bildirib.
Qeyd edək ki, nigeriyalı yazıçı Ədəbiyyat üzrə Nobel mükafatını 1986-cı ildə alıb və bu mükafata sahib çıxan ilk afrikalı yazıçı olub.

Teqlər:  Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə qrin-kartını cırıb atıb



RƏYLƏR


Top xəbərlər