Azərbaycanlı gənclər "Best Model of The World"da - FOTO

Azərbaycanlı gənclər "Best Model of The World"da - FOTO
10:05 2 Dekabr 2016
103 Şou
Ölkə mətbuatı
A- A+

26 noyabr - 3 dekabr müddətində Türkiyənin İstanbul şəhərində modellər arasında keçirilən "Best Model of The World 2016"da  ölkəmizi Zəhra QaraxanovaYusif Cəfərli  təmsil edirlər. Bu haqda Milli.Az-a hazırda müsabiqənin kampında olan layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib.

"Təmsilçilərimizi təbrik edirəm, çünki artıq "Best Model of Azerbaijan 2016" titulu onlara aiddir. "Best Model of The World 2016"ya qatılan modellərimiz hal-hazırda kampda qala-gecəyə ciddi şəkildə hazırlaşırlar. Kamp müddətində xoreoqrafiya yüksək səviyyədə öyrədilir.

Xanım təmsilçimiz Milli Geyim şousunda tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyasından olan milli geyimlə səhnəyə çıxacaq.

Qeyd: Müsabiqədə anası ukrayna əsilli, Azərbaycanda yaşayan Günel Lionaliyeva Ukraynanı təmsil edir. Qardaş ölkəni isə Gizəm Kayalı və Onur Seyit Yaran təmsil edirlər. Təmsilçilərimizə uğurlar arzu edirik. Qala-gecə dekabrın 3-də Türkiyənin Show TV kanalında canlı yayımlanacaq.

Milli.Az





























Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/495008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR