Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edəcək

Date: 2 December 2016 10:17

Bakı. 2 dekabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, BərdəZərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında keçiriləcək.  
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Yevlax şəhərinə gəlmələrini müvafiq rayon prokurorları təşkil edəcək. 
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Tags:  Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edəcək

RƏYLƏR


Top news