Türkiyə parlamenti Rusiya ilə "Türk axını" qaz boru kəmərinin tikintisi layihəsi haqqında sazişi təsdiq edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənədin təsdiq edilməsinin lehinə 210 deputat səs verib, 7-si əleyhinə olub, 6 deputat isə bitərəf qalıb.
Yaxın günlərdə qanun Türkiyə prezidenti tərəfindən imzalanmalıdır.
Milli.Az