Türkiyə parlamenti "Türk axını" layihəsi üzrə Rusiya ilə sazişi ratifikasiya edib

Türkiyə parlamenti "Türk axını" layihəsi üzrə Rusiya ilə sazişi ratifikasiya edib
10:22 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə parlamenti "Türk axını" qaz kəməri inşası layihəsinə dair Rusiya ilə sazişin ratifikasiyası haqqında qanun qəbul edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinad xəbər verir.
Sənədin ratifikasiyasının lehinə 210, əleyhinə isə 7 deputat səs verib, 6 millət vəkili bitərəf qalıb.
Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qanunu imzalamalıdır. Bundan sonra "Resmigazete" nəşrində sənəd dərc ediləcək və qüvvəyə minəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turkiye-parlamenti-turk-axini-layihesi-uzre-rusiya-ile-sazisi-ratifikasiya-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR