Oksana ziyana düşdü: "Böyük məbləğ xərcləmişdim" - fotolar

Oksana ziyana düşdü: "Böyük məbləğ xərcləmişdim" -  fotolar
10:26 2 Dekabr 2016
114 Şou
Ölkə mətbuatı
A- A+

“Sahibi olduğum “Oksi media” şirkəti “Mələyin öpüşü” adlı ikinci filmin çəkilişlərinə başlayıb. Çox böyük dram filmi gəlir. Fuad Poladov, Şamil Süleymanov, Təranə Əliyeva, İlhamə Qasımova kimi tanınmışlar bu ekran işində bir araya gəlib. Tamaşaçıları çox təəccübləndirəcəyik. Üç aydan sonra treylerimiz yayımlanacaq”.

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Oksana Rəsulova deyib.

Sənətçi bildirib ki, ilk çəkdiyi “Şər qarışanda” filminə xərclədiyi pulları geri qazana bilməyib:

“İlk filmim tamaşaçılar tərəfindən qəbul olunmadı. Böyük məbləğ xərclədim, geri götürə bilmədim. Amma peşman deyiləm, bu mənim əl-qolumu bağlamadı. Fəxr edirəm ki, Azərbaycanda belə janrda filmi ilk mən çəkdim. Manyak, öldürmə söhbətləri sevilmədi. Bizimkilər komediyanı xoşlayır".

O.Rəsulova bildirib ki, yanvarın ilk həftəsi Hindistana gedəcək. Rəqqasə oradakı işlərinə görə bir-iki ay Hindistanda qalmalı olacaq.

Oksana film üçün sponsor tapmaqda çətinlik çəkdiyini də etiraf edib:

“İnsanların hansısa işdən qazanc götürməyə inamı qalmayıb. Devalvasiyadan sonra krizis nöqtəsinə gəlmişik. Qabaq kinoya pul xərcləyənlər, indi üz döndərirlər. Onları başa düşürəm, hər şey riskdir. Bu ərəfədə də heç kim pulla risk etmək istəmir”.

Foto: Ramin ASLANOV





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR