Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə parlamenti Rusiya ilə razılaşmanı təsdiqlədi

Türkiyə parlamenti Rusiya ilə razılaşmanı təsdiqlədi

Date: 2 December 2016 10:28

“Türk axını” qaz kəmərinin tikinti layihəsi üzrə TürkiyəRusiya arasında imzalanan razılaşma Türkiyə parlamenti tərəfindən təsdiq edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənədin təsdiqinə 210 millət vəkili səs verib, 7-si qarşı çıxıb, 6 millət vəkili isə bitərəf qalıb.

Sənədi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamalıdır.

Razılaşma oktyabrın 10-da imzalanıb. Sənəd hər birinin ötürücü gücü 15,75 milyard kubmetr təbii qaz olmaqla Qara dənizin dibi ilə iki xəttin tikintisini nəzərdə tutur. Kəmərin bir xətti Türkiyənin daxili istehlakı, ikinci xətti qazın Avropa ölkələrinə çatdırılması üçün çəkiləcək.

Ömər Dağlı


Tags:  Türkiyə parlamenti Rusiya razılaşmanı təsdiqlədi

RƏYLƏR


Top news