Ermənistanın bütün nazirliklərində azı 20 faiz ixtisar olacaq

Ermənistanın bütün nazirliklərində azı 20 faiz ixtisar olacaq
10:42 2 Dekabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistanın bütün nazirliklərində azı 20 faiz kadr ixtisarına hazırlıq işləri görülür.
”Report” “Yamanak” qəzetinə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Karen Karapetyan bildirib.
İnformasiyaya əsasən, ekologiya naziri Artsavik Minasyan deyib ki, başçılıq etdiyi nazirlikdə ixtisar edilən kadrların sayı 22 faizə çatacaq.
Məlumata görə, ixtisarlar Müdafiə Nazirliyi, polis idarəsi və Milli Təhlükəsizlik Xidmətinə təsir etməyəcək. 
Mütəxəssislərin fikirincə, bu, Ermənistanda hərbi-polis rejiminin yaranacağı deməkdir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanin-butun-nazirliklerinde-azi-20-faiz-ixtisar-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR