® AAAF Parkın sponsoru olduğu “ƏN Yeni İl” konserti ilə bağlı mətbuat konfransı keçirildi

® AAAF Parkın sponsoru olduğu “ƏN Yeni İl” konserti ilə bağlı mətbuat konfransı keçirildi
10:59 2 Dekabr 2016
125 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dekabrın 31-də Bakı Olimpiya Stadionunda baş tutacaq, AAAF Park Yaşayış Kompleksinin sponsoru olduğu “ƏN Yeni İl” adlı konsert proqramı ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə stadionun direktoru Cavid Qarayev, konsertdə ifa edəcək müğənni Miri Yusif və proqramın aparıcısı İlkin Həsəni iştirak ediblər.

Çox sayda media nümayəndəsinin qatıldığı mətbuat konfransda qonaqları sualları cavablandırıblar. Baş tutacaq möhtəşəm konsertin proqramı, dəvət olunmuş ulduzlar, təhlükəsizlik, lotereya uduşu, sponsorların hədiyyələri, bilet qiymətləri, satışın hazırkı durumu, tamaşaçıların rahatlığının necə təmin ediləcəyi və digər məsələlər barədə geniş məlumat verilib.

Mətbuat konfransında qeyd edilib ki, stadionun əsas meydançasında təşkil olunacaq konsert gecə saat 00.00-da Yeni ilə geriyə sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək. Konsertə gələcək qonaqlara lotereya vasitəsi ilə sürprizlər ediləcək. Bilet nömrəsinə görə oynanılacaq lotereyada 1 şanslı iştirakçı AAAF Park Yaşayış Kompleksində mənzil sahibi olacaq. AAAF Media MMC-nin direktoru Rəşad Əliyevin sözlərinə görə “AAAF İnşaat” hər zaman vətəndaşlarımızı sərfəli və rahat mənzillərlə təmin etmişdir. AAAF Park Yaşayış Kompleksi 2012-ci ildə “AAAF İnşaat” MMC tərəfindən tikintisinə başlanmış və uğurla həyata keçirilən böyük, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, təkrarolunmaz bir layihədir”. Tamaşaçıların rahatlığı üçün tədbir günü metronun iş vaxtı artırılacaq, əlavə olaraq “Koroğlu” metro stansiyasından avtobuslar stadion istiqamətində, tədbirdən sonra əks istiqamətdə yola düşəcəklər. Konsertə biletləri Iticket.az saytından, “ASAN xidmət” mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar.

Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər. Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR