Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vergilər Nazirliyində mətbuat xidmətinin kuratoru dəyişdirilib

Vergilər Nazirliyində mətbuat xidmətinin kuratoru dəyişdirilib

Date: 2 December 2016 11:02

Bakı. 2 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə nəzarətdə (kuratorluq) bəzi dəyişikliklər baş verib. “Report” xəbər verir ki, Nazirliyin analitik-informasiya şöbəsi nazir müavini Sahib Ələkbərovun kuratorluğundan çıxarılaraq vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri Riyad Hüseynovun kuratorluğuna verilib.
Həmçinin, Nazirliyin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsi nazir müavini İlkin Vəliyevdən alınaraq Sahib Ələkbərovun kuratorluğuna verilib.
Hazırda İ.Vəliyev Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi ilə Vergi auditi və operativ nəzarət İdarəsinə, Sahib Ələkbərov isə Nazirliyin Aparatı və Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinə kuratorluq edir.


Tags:  Vergilər Nazirliyində mətbuat xidmətinin kuratoru dəyişdirilib

RƏYLƏR


Top news