Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vergilər naziri özünə yeni müşavir təyin edib

Vergilər naziri özünə yeni müşavir təyin edib

Vergilər Nazirliyində yeni təyinatlar olub (13 Mart 2017 09:32)
Vergilər Nazirliyinin departament rəhbəri dəyişdi (13 Mart 2017 09:23)
Nazirliyin departament rəhbəri dəyişdi (13 Mart 2017 09:12)

Tarix: 2 Dekabr 2016 11:17

Bakı. 2 dekabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. “Report” xəbər verir ki, nazirin əmri ilə müşavir Natiq Telman oğlu Şirinov müşavir vəzifəsindən azad edilib, İlqar İsmayıl oğlu Əhmədov isə yeni müşavir təyin olunub.
Nazirin digər əmri ilə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Zaur İntiqam oğlu Fətizadə vəzifəsindən azad edilərək Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, bu vəzifəni müvəqqəti olaraq Orxan Azad oğlu Musayev icra edirdi.
Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə isə Natiq Şirinov təyin olunub.

Teqlər:  Vergilər naziri özünə yeni müşavir təyin edib



RƏYLƏR


Top xəbərlər